Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Slovakiyanın Baş nazirinin müavini və ətraf mühit naziri ilə görüş keçirilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Slovakiyanın Baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə qarşılıqlı iqtisadi münasibətlərin uğurla inkişaf etdiyi və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib. İqtisadi əlaqələrin gücləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması məqsədilə birgə fəaliyyətin davam etdirilməsinin önəmi vurğulanıb. Azərbaycan-Slovakiya iqtisadi əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun gündəliyindəki məsələlər müzakirə edilib.
Tərəflər ticarət, investisiya və energetika sahələrində tərəfdaşlığın genişləndirilməsi, enerji keçidi və yaşıl enerji sektorlarında texnologiya və təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi aparıblar. Əməkdaşlıq potensialının reallaşdırılmasının ölkələrimizin iqtisadi inkişafı üçün geniş perspektivlər vəd etdiyi vurğulanıb.
#COP29 (@COP29_AZ) çərçivəsində Slovakiyanın Baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba (@tomas_taraba) ilə görüşdük. #Azərbaycan - #Slovakiya iqtisadi əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun fəaliyyəti, #ticarət, #investisiya və energetika sahələrində tərəfdaşlığın… pic.twitter.com/bb7P8HoO7i
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 18, 2024
"COP29" teqi üzrə xəbərlər
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- COP29-un "adsız qəhrəmanı": "Qarşındakı insanın xoş xatirəsinin bir parçası olmaq sevindiricidir"
- "COP29 - İqlim, Planet və Biz" kitabının təqdimatı keçirilib
- Yalçın Rəfiyev: "Həll olunmamış məsələlər üzərində iş davam edir"