Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda vətəndaşların fərdi məlumatlarını "Telegram"da satanların məhkəməsi başladı
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "e-health.gov.az", Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər dövlət orqanlarının məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olub Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirmiş şəxslər barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
Oxu.Az xəbər verir ki, toplanmış materiallar ittiham aktı ilə birlikdə məhkəməyə təqdim edilib.
22 noyabr 2024-cü ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində iş üzrə hazırlıq iclası keçirilib.
Məlum olub ki, Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə təqsirləndirilən Cavid İlqar oğlu Dünyamalıyev və Cəlil Hüseyn oğlu Cəlilov Səhiyyə Nazirliyinin "e-health.gov.az", Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sahibliklərində olan xüsusi serverlərə ötürüb.
Daha sonra isə "Telegram" və digər sosial şəbəkələrdə yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını elan ediblər.
Cinayətkarlar maraq cəlb etmək məqsədilə yaratdıqları reklam çarxlarında ölkədə müxtəlif nüfuzlu şəxslərin fərdi məlumatlarını paylaşaraq istənilən vətəndaşın şəxsi məlumatlarını pul müqabilində sata biləcəklərini qeyd ediblər.
Bu şəxslərin fəaliyyətləri ifşa olunduqdan sonra topladıqları fərdi məlumatlar və müvafiq informasiya sistemlərinə qanunsuz giriş imkanları bloklanıb.
Növbəti məhkəmə prosesi dekabrın 13-də keçiriləcək.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda məktəb uşaqları arasında SUÇİÇƏYİ YAYILIB
- Əli Əsədov bəzi qurumlarla bağlı qərar imzaladı
- Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
- COP çərçivəsində "İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası" yaradılır
- Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq
Rəylər