Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Prezidentin ehtiyat fondunun vəsaitinin artırılması təklif olunur
"Azərbaycan Prezidentinin ehtiyat fondunun vəsaiti artırılmalıdır".
"Report" xəbər verir ki, bunu deputat Novruzəli Aslanov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Mən hər il büdcə müzakirələrində dövlət başçısının ehtiyat fondunun vəsaitinin artırılması təşəbbüsü ilə çıxış edirəm. Fondun hesabına sosial-iqtisadi sahələrdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilir. Xüsusilə mümkün fövqəladə hallarda fəlakətlərin və qəzaların nəticələrinin aradan qaldırılması istiqamətində çevikliyin təmin edilməsi üçün artım çox vacib şərtdir", - deyə o qeyd edib.
Xatırladaq ki, 2025-ci ildə Prezidentin ehtiyat fondu 2024-cü ildəki həcmdə - 300 milyon manat olacaq.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Pensiyaların hesablanmasında yenilik təklif edilib
- Milli Məclisdə diplomsuz işləyən estetik cərrahlarla bağlı problem gündəmə gətirildi
- Ana ölümlərində bloqerlərin "əməyi": "Qadın doğuşa yaxın ginekoloq axtarır"
- Milli Məclis gələn ilin dövlət büdcəsini birinci oxunuşda qəbul etdi
- Deputat: "Ölən şəxsin pensiya fondundakı vəsaiti ailəsinə verilməlidir"