Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mikayıl Cabbarov: "İnsan kapitalından danışarkən, heç şübhəsiz, təhsildən başlamalıyıq"
"Ölkəni irəli aparan məhz insan kapitalının inkişafıdır".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"İnsan kapitalından danışarkən, heç şübhəsiz, təhsildən başlamalıyıq. Orta məktəb təhsili şagirdləri məhz gələcək rəqəmsal iqtisadiyyata hazırlamalıdır. Bu səbəbdən bizim nəyi necə tədris etməyimiz, öyrənmə prinsipini necə tədris etməyimiz və həyat boyu öyrənmə çox vacib məsələlərdir", - nazir bildirib.
M.Cabbarov əlavə edib ki, lakin yalnız öz kadr rezervimizə fokuslanmaq kifayət deyil:
"Biz xaricdən gələn istedadlara da açığıq. Bu da "Yüksəkixtisaslı Miqrant Proqramı" ilə dəstəklənir. Açar innovasiya səriştələri əsas kriteriyalar arasındadır. Biz investisiyaların qaytarılmasını görürükmü? Bəli, görürük", - deyə nazir əlavə edib.
Xatırladaq ki, "PAŞA Holding"in təşkilatçılığı ilə həyata keçirilən "INMerge" İnnovasiya Sammitinin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.