Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mikayıl Cabbarov: "Azərbaycan beynəlxalq müstəvidə enerji təhlükəsizliyinə töhfələr verir"
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Əsrin müqaviləsi"nin 30 ilinin tamam olması ilə bağlı paylaşım edib.
Oxu.Az bildirir ki, bununla bağlı nazir "X" sosial şəbəkəsində təbrik yazıb.
"Ümummilli lider Heydər Əliyevin siyasi qətiyyəti sayəsində imzalanmış və dövlətimizin iqtisadi suverenliyini əks etdirən "Əsrin müqaviləsi"nin 30 ili tamam olur. Yatırılan sərmayələrin həcminə görə dünyanın ən iri sazişləri sırasına aid edilən bu müqavilə ilə ölkəmizin iqtisadi inkişafının, iqtisadiyyatın şaxələndirilməsinin təməli qoyulub. Bu gün qlobal enerji bazarında etibarlı tərəfdaş olan Azərbaycan regional və beynəlxalq müstəvidə dayanıqlı inkişafa və enerji təhlükəsizliyinə töhfələr verir. Bu müstəsna nailiyyətlərlə qürur duyuruq", - deyə M.Cabbarov paylaşımında qeyd edib.
#Ümummillilider Heydər Əliyevin siyasi qətiyyəti sayəsində imzalanmış və dövlətimizin #iqtisadi suverenliyini əks etdirən "Əsrin müqaviləsi"nin 30 ili tamam olur. Yatırılan sərmayələrin həcminə görə dünyanın ən iri sazişləri sırasına aid edilən bu müqavilə ilə ölkəmizin iqtisadi… pic.twitter.com/meGUp3Yuu3
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 20, 2024