Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektlərinin nəzərinə!
"5-ci yerli şirkətlərin tanıtım sərgisi"ndə də KOB-ların məhsul və xidmətlərinin tanıdılması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təmin etdiyi dövlət dəstəyi hesabına ayrıca stend qurulacaq.
Oxu.Az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
KOBİA və "Marsol Group"un birgə təşkilatçılığı ilə iyunun 24-26-da Bakı Ekspo Mərkəzində "5-ci yerli şirkətlərin tanıtım sərgisi" keçiriləcək. Sərgidə 200-ə yaxın yerli şirkətin sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələr üzrə məhsul və xidmətləri nümayiş olunacaq.
Mikro və kiçik sahibkarların məhsullarının tanıdılmasına və satışına dəstək məqsədilə builki sərgidə də KOBİA-a tərəfindən KOB-lar üçün ayrıca stend qurulacaq. Ödənişsiz olaraq bu stenddə üç gün ərzində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri iyunun 12-dək KOBİA-ya müraciət edə bilərlər. Müraciətlərin qəbulu aşağıdakı link vasitəsilə həyata keçiriləcək ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "5-ci yerli şirkətlərin tanıtım sərgisi" qeyd olunmalıdır): https://smb.gov.az/az/contact-form/exhibition-form/1
KOBİA tərəfindən mikro və kiçik sahibkarların ölkəmizdə və xaricdə keçirilən müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına dəstək göstərilir. Agentliyin təmin etdiyi dövlət dəstəyi hesabına ixtisaslaşmış sərgilərdə stendlər qurulur və KOB-lar burada heç bir ödəniş etmədən məhsul və xidmətlərini nümayiş etdirirlər. Bu dəstək KOB subyektlərinin məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməsi və bu vasitə ilə satış imkanlarını artırması ilə yanaşı, sahibkarların yeni biznes əlaqələri qurması və ixrac imkanlarını genişləndirməsi baxımından da faydalıdır. Agentlik 2024-cü il ərzində də KOB-ların ixtisaslaşmış sərgilərdə ödənişsiz iştirakını dəstəkləməkdə davam edəcək. Dəstək proqramı çərçivəsində stendlərin qurulacağı sərgilər barədə KOB subyektləri əvvəlcədən məlumatlandırılacaq.
"KOBİA" teqi üzrə xəbərlər
- Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyekti olan "Kaşalata" kafeni ziyarət edib
- COP29 çərçivəsində "KOB-ların yaşıl iqtisadiyyatda rolu" mövzusunda panel müzakirə təşkil olunub
- Orxan Məmmədov: "Biz qlobal KOB ekosistemini konsolidasiya etməyi hədəfləyirik"
- Orxan Məmmədov: "Biz kiçik şirkətlərin yaşıl keçidə transformasiyasına nail olacağıq"
- KOBİA sədri: "İmzalanan sənədlər KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına dəstək olacaq"