Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Elnur Soltanov: "COP29 üzrə nazirlərin görüşü Çindən sonra Şamaxıda öz işini davam etdirəcək"
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) üzrə növbəti nazirlər görüşü Çindən sonra öz işini Şamaxı şəhərində davam etdirəcək".
"Report"un Şuşaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu COP29-un icraçı direktoru Elnur Soltanov II Qlobal Media Forumu çərçivəsində "Yaşıl dünya naminə həmrəylik - COP29" mövzusunda olan təqdimatında deyib.
"Bu görüş çox vacibdir. O, Çindən sonra Şamaxıda öz işini davam etdirəcək. Sentyabrda görüş, daha sonra hazırlıq komitəsinin iclası planlaşdırılır. COP29 çərçivəsində danışıqlar uğurla davam edir və biz bu sürətlənmiş tempi qoruyub-saxlamağa ümid edirik", - o bildirib.
E.Soltanovun sözlərinə görə, COP29-un gündəmindəki əsas məsələlər iqlimin maliyyələşdirilməsi, Paris Sazişinin 6-cı Maddəsi, İtki və Zərər fondu, keçid proqramları, qlobal uyğunlaşma və yeni iqlim maliyyəsi modeli olacaq:
"Bu gün əlimizdə olanlar kifayət deyil. Vəsait kifayət deyil, kollektiv səy tələb olunur. Biz istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmalıyıq. Hazırda biz gündəlik 97 milyon barel neft istehlak edirik, 2050-ci ilə qədər bu göstəricini 25-30 milyon barelə endirmək lazımdır. Qaz istehlakı 2050-ci ilə qədər indiki 4 trilyon kubmetrdən 1 trilyon kubmetrə endirilməlidir. Kömür istehlakı - 8 milyard tondan 1 milyard tona qədər azalmalıdır".
"COP29" teqi üzrə xəbərlər
- Berbok: "Maliyyəyə çıxış xüsusilə iqlim təsirlərindən ən çox əziyyət çəkən dövlətlər üçün lazımdır"
- Annalena Berbok: "Qadınlar masa arxasında deyillərsə, sülh sazişləri çox vaxt uzun sürmür"
- İlaira Katastini: "Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər"
- COP29-un on ikinci günü: Mavi Zona tədbirləri
- Almaniya XİN: "İqlim dəyişikliyinin təsirinin azaldılması üçün iqlim maliyyəsi lazımdır"