Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bayram günlərində işləyəcək bank, poçt və valyutadəyişmə məntəqələri açıqlanıb
Bayram günlərində Azərbaycanda fəaliyyət göstərəcək bank, poçt və valyutadəyişmə məntəqələri açıqlanıb.
Oxu.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 15-19 iyun tarixlərində, qeyri-iş günlərində bankların və "Azərpoçt" MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcək.
"Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 15 bankın 158 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt" MMC-nin 72 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək", - AMB-dən bildirilib.
Bayram günlərində fəaliyyət göstərəcək bank filialları, poçt və valyuta mübadilə məntəqələri ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür:
"Qurban Bayramı 2024" teqi üzrə xəbərlər
- Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə ŞAD XƏBƏR
- Bayram günlərində baş verən qəzalarda ölənlərin sayı AÇIQLANDI
- Bayram günlərində təcili yardıma edilən müraciətlərin sayı AÇIQLANDI
- İstanbulda qurban kəsmək istəyən kişi faciəli şəkildə öldü
- Laçınlıların Qurban bayramı sevinci: "Babalarımızdan yadigar qalan torpaqlardayıq"