Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda dörd milyon dollarlıq müqavilə imzalandı
"InMerge" İnnovasiya Sammiti çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "PASHA Innovation" və Türkiyənin "DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret" şirkəti tərəfindən 4 milyon dollar dəyərində "InMerge" vençur fondunun yaradılması üzrə Birgə İştirak Müqaviləsi imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında məlumat verib:
"Fondun fəaliyyəti Qafqaz, Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropa, eləcə də Yaxın Şərq və Şimali Afrika regionlarında startaplara kapital qoyuluşunu təmin etməklə inkişaf edən ölkələrdə iqtisadi artıma töhfə verəcək".
Bu gün "InMerge" İnnovasiya Sammiti (@inmerge_az) çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti (@AIC_OJSC), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (@idda_azerbaijan), "PASHA Innovation" və Türkiyənin "DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret" şirkəti tərəfindən 4 mln. $… pic.twitter.com/vjfAN0XGfg
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 10, 2024