Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan FAO ilə ərzaq təhlükəsizliyinin təmin edilməsini müzakirə edib - YENİLƏNİB + FOTO
İqtisadiyyat Nazirliyində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə görüşdə tərəfdaşlığın potensial formatı, ərzaq təhlükəsizliyinin təmini və aqrar sahədə innovativ mexanizmlərin tətbiqi, işğaldan azad edilmiş ərazilərimizdə kənd təsərrüfatının inkişafı ilə bağlı müzakirə aparılıb.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayatla görüşüb.
İqtisadiyyat naziri Azərbaycan və FAO arasında səmərəli tərəfdaşlığın iqtisadiyyatın bir sıra sahələrinə, o cümlədən kənd təsərrüfatının və qida təhlükəsizliyinin gücləndirilməsinə, təbii resursların səmərəli idarə edilməsinə töhfə verdiyini vurğulayıb. Qeyd olunub ki, birgə həyata keçirilən layihələr kənd yerlərinə sərmayə qoyuluşu üçün əlverişli şəraitin yaradılmasına, aqrar məşğulluğun artmasına təkan verir.
Muhammad Nasar Hayat Azərbaycanın FAO-nun önəmli tərəfdaşlarından biri olduğunu bildirib. Qurum rəsmisi digər sahələr üzrə birgə proqramların reallaşdırılması, o cümlədən kənd yerlərinin rəqəmsal inkişafı üçün böyük potensialın olduğunu deyib, qarşılıqlı işbirliyinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər FAO ilə Azərbaycan arasında əməkdaşlığın potensial formatı, ərzaq təhlükəsizliyinin təmini və aqrar sahədə innovativ mexanizmlərin tətbiqi, işğaldan azad edilmiş ərazilərimizdə kənd təsərrüfatının inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
15:54
Azərbaycan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında ərzaq təhlükəsizliyinin təmin edilməsi müzakirə edilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat ilə keçirdiyimiz görüşdə BMT-nin ölkəmizlə bir çox sahələrdə səmərəli əməkdaşlığının həyata keçirildiyini vurğuladıq. FAO ilə Azərbaycan arasında tərəfdaşlığın potensial formatı, ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahədə innovativ mexanizmlərin tətbiqi barədə danışdıq”, - deyə o qeyd edib.
BMT-nin Ərzaq və #KəndTəsərrüfatı Təşkilatının (@FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat (@nasar_hyt) ilə keçirdiyimiz görüşdə #BMT-nin ölkəmizlə bir çox sahələrdə səmərəli əməkdaşlığının həyata keçirildiyini vurğuladıq. #FAO ilə #Azərbaycan arasında tərəfdaşlığın… pic.twitter.com/AmP781y574
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 6, 2023
"BMT" teqi üzrə xəbərlər
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib
- Metyu Brayza: "COP29-un Azərbaycanda keçirilməsi rəsmi Bakıya əlavə imkanlar yaradır"