Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xərçəngin diaqnostikasında bahalı analizlərə son
Süni intellekt xərçəng toxumalarının şəklini çəkməyi öyrənib. Bu, xəstəliyin diaqnostikası üçün çox vacib bir ixtiradır. Yeni alət xərçəngin analizini təkmilləşdirir və xərcləri azaldır.
Oxu.Az-ın Ferra.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə elm adamlarının "Nature Machine Intelligence" jurnalında dərc olunan tədqiqat materialında xəbər verilib.
Bildirilir ki, "VirtualMultiplexer" adlı model xərçəngin diaqnostikasını əhəmiyyətli dərəcədə təkmilləşdirə bilər.
Yeni modelin bahalı laboratoriya analizlərindən yayınmağa kömək edəcəyi vurğulanıb.
"Yoxlamalar virtual şəkillərin dəqiq və klinik cəhətdən faydalı olduğunu təsdiqləyir. Bu texnologiya fərziyyələri formalaşdırmağa və eksperimentləri planlaşdırmağa kömək edərək, xərçəng tədqiqatlarını və diaqnostikasını yaxşılaşdırmaq potensialına malikdir" , - deyə alimlər vurğulayıblar.
"Xərçəng xəstəliyi" teqi üzrə xəbərlər
- "Acıbadem" klinikalar şəbəkəsində prostat vəzi adenoması və xərçənginin müalicəsi
- Xərçəng xəstəliyinin əsas "düşməni" açıqlandı
- "Ailə baxımından amansız il oldu": Şahzadə Uilyamın açıq etirafı
- Azərbaycanlı məşhur bloqerdə XƏRÇƏNG AŞKARLANDI
- Məcburi qidalanma: Xərçəng xəstəsi olan III Çarlz yeməklərdən imtina edir
Rəylər