Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"iPhone"da çoxdan gözlənilən YENİLİK
"iOS 18.1"in tərtibatçılar üçün buraxılmış beta versiyasında indi süni intellektə (Sİ) əsaslanan "Apple Intelligence" sistemindən istifadə edərək telefon zənglərini yazmaq və deşifrə etmək funksiyası var.
Oxu.Az "MacRumors"a istinadən xəbər verir ki, cihazlarında əvvəlcədən quraşdırılmış "iOS 18.1" versiyası olan istifadəçilər zəng edərkən ekranın yuxarı sol küncündəki qeyd düyməsinə basdıqda, "Android" smartfonlarında olduğu kimi, söhbətin qeydə alındığı barədə həmsöhbətə məlumat veriləcək.
Həmin söhbət "Qeydlər" tətbiqində saxlanılır. İstifadəçilər qeydi aça və dinləyə, həmçinin Sİ tərəfindən yaradılan tam transkript və ya qısa məzmuna baxa bilərlər.
Bildirilib ki, "iOS 18.1"də çıxarış funksiyası bütün əməliyyat sistemində mövcuddur. İstifadəçilər "iPhone"da istənilən mətnin qısa məzmununu əldə edə bilərlər.
Hazırda "Apple Intelligence" Sİ xüsusiyyətləri yalnız "iOS 18.1", "iPadOS 18.1" və "macOS Sequoia 15.1-"n tərtibatçılar üçün nəzərdə tutulmuş beta versiyalarında mövcuddur. Bütün istifadəçilər üçün tam yeniləmə payızda təqdim ediləcək.
Rəylər