Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanla Qazaxıstan 50 milyon dollarlıq layihəyə başlayacaqlar
Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsinə 50 milyon dollardan çox vəsait xərclənəcək.
Bu barədə Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Jaslan Madiyev məlumat verib.
O qeyd edib ki, layihəni Qazaxıstan və Azərbaycanın telekommunikasiya operatorları birgə həyata keçirəcəklər.
Məlumat üçün əlavə edək ki, Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik kabel xətti layihəsi Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan Rəqəmsal İpək Yolu layihəsinin bir hissəsidir.
Mənbə: Sputnik Qazaxıstan