Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Apple" cihazlarının kilidini ürək ritmi ilə açmaq mümkün olacaq
Artıq öz cihazlarında "FaceID" və "TouchID" texnologiyalarını tətbiq edən "Apple" şirkəti biometrik identifikasiya sahəsində yeni addıma hazırlaşır.
Oxu.Az "AppleInsider"ə istinadən xəbər verir ki, korporasiya cihazların kilidini açmaq üçün istifadəçinin unikal ürək ritmindən istifadəni nəzərdə tutan patent üçün müraciət edib.
Hesabatda təsvir edilən yeni patent istifadəçinin ürək fəaliyyətini aşkarlaya bilən sensorların "iPhone"a inteqrasiyasını nəzərdə tutur. Bu, sadəcə əlinizdə tutaraq və ya "Apple Watch" taxaraq cihazın sahibini müəyyən etməyə imkan verəcək.
Bu gün "Apple" istifadəçiləri sistem təsdiq tələb etdikdə sadəcə "Apple Watch"un yan düyməsini iki dəfə basmaqla "Mac"larının kilidini aça bilərlər. Bu funksiya avtomatik olaraq parolu daxil edir və istifadəçinin onu yazmasına ehtiyacı aradan qaldırır.
Yeni patent "iPhone"u ürək döyüntüsünü ölçən cihaza çevirməyi təklif edir. Yeni modul nəinki nəbzi ölçəcək, həm də EKQ məlumatlarını təhlil edərək istifadəçinin əhvalını müəyyən edəcək.
"Bəzi hallarda elektron cihaz ürək siqnallarından istifadəçinin emosional vəziyyətini müəyyən edə və müvafiq məlumat verə bilər", - deyə patentdə bildirilib.
Rəylər