Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyə klubları legioner limitinin qaldırılmasını tələb ediblər
"Beşiktaş" əcnəbi oyunçu limitinin genişləndirilməsi üçün təşəbbüsə başlayıb.
Oxu.Az xəbər verir ki, klub rəhbərliyi, limitin artırılması məqsədilə bu gün Türkiyə Futbol Federasiyası (TFF) ilə görüş keçirib.
"Beşiktaş"la yanaşı, "Trabzonspor" və bir neçə digər klub da mövcud müqavilələrdəki çətinliklər səbəbindən əcnəbi oyunçu sayının 14-dən artırılmasını istəyib. Lakin TFF bu tələbi qəbul etməyib.
Federasiya, mövsümün başlamasını və klubların planlarına uyğun olaraq göstərilən müqaviməti səbəb kimi göstərib. Bununla yanaşı, TFF qeyd edib ki, əgər bütün klublar bu məsələ ilə bağlı ümumi razılığa gəlsələr, qərar yenidən nəzərdən keçirilə bilər.
"Türkiyə Superliqası" teqi üzrə xəbərlər
- Türkiyə Superliqasında mövsümün ən yaxşı futbolçularının siyahısı açıqlanıb
- Acun Ilıcalı Joze Mourinyonun "Fənərbağça" ilə bağlı açıqlamasından sonra baş məşqçiyə qəzəblənib
- "Fənərbağça" səfərdə "Trabzonspor"a qalib gəldi
- Türkiyə Superliqası: "Beşiktaş" məğlub oldu
- Süni intellekt Türkiyə Superliqasında hansı klubun çempion olacağını açıqlayıb
Rəylər