Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Acun Ilıcalı Joze Mourinyonun "Fənərbağça" ilə bağlı açıqlamasından sonra baş məşqçiyə qəzəblənib
"Fənərbağça" klubunun vitse-prezidenti Acun Ilıcalı Joze Mourinyonun - "Gerçəkləri bilsəydim bura gəlməzdim", - söyləməsinə qəzəblənib.
Oxu.Az Sporx.com-a istinadla xəbər verir ki, Acun Ilıcalı ən qısa zamanda təcrübəli çalışdırıcı ilə danışacağını və məsələni aydınlaşdıracağını bildirib.
"Ən qısa zamanda məsələyə aydınlıq gətirməyə çalışacağam. Joze Mourinyonun bu dedikləri qəbuledilməzdir. Məsələ tamamən fərqli bir vəziyyət almağa başlayıb. Mourinyoya vəziyyətin pis olduğunu demişdik. Amma onu kluba dəvət etdiyimiz zaman Türkiyə Superliqasında vəziyyət bu qədər pis deyildi", - deyə A.Ilıcalı bildirib.
Qeyd edək ki, "Fənərbağça" ötən gecə "Trabzonspor"la görüşdə 3:2 hesablı qələbəyə sevinib.
"Acun İlıcalı" teqi üzrə xəbərlər
- Acun Ilıcalının klubu baş məşqçisi ilə yolları ayırıb
- Serdar Ortaç və Mehmet Ali Erbildən sonra Acun Ilıcalı da istintaqa cəlb olundu
- Acun Ilıcalı "Qalatasaray" klubunun rəsmilərini topa tutdu
- Acun İlıcalı dördüncü dəfə evləndi: Toydan ilk görüntülər
- Acun İlıcalının "Hall Siti" klubu "Bayer Leverkuzen"in futbolçusunu transfer edib
Rəylər