Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Mercedes" Sinqapurda maşınların rəngini dəyişəcək
"Formula-1"də çıxış edən "Mercedes" komandası Sinqapur Qran-prisində Malayziyanın "Petronas" şirkətinin töhfəsini tanımaq və onun 50 illik yubileyini qeyd etmək üçün hazırlanmış maşınların xüsusi unikal boyanmasını təqdim edib.
Oxu.Az bu barədə f1news.ru-ya istinadən xəbər verir.
"Petronas" komandamızın uzunmüddətli və etibarlı tərəfdaşıdır və 50 illik yubiley hər hansı bir şirkət üçün ciddi mərhələdir.
Maşınların xüsusi rənglənməsi təkcə yubiley təbriki deyil, həm də "Petronas"ın komandamızın tarixindəki rolunun əhəmiyyətinin tanınması və birgə yolumuza hörmət əlamətidir", - deyə komandanın rəhbəri Toto Volff bildirib.
Toto Volff, eləcə də komandanın əsas sürücüləri Lyuis Hemilton və Corc Rassell Qran-pridən sonra Malayziyaya yubiley tədbirlərinə yollanacaqlar.
Rəylər