Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanın daha iki təmsilçisi "Mingəçevir reqatası-2024"də medal qazanıb
Azərbaycanın daha iki təmsilçisi akademik avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024" beynəlxalq turnirində medal qazanıb.
Oxu.Az xəbər verir ki, Amil Ramazanov qızıl, Cavid Vəlizadə bürünc mükafata sahib çıxıblar.
Onlar Aşağı Köndələnçay su anbarındakı yarışda fərqləniblər.
A.Ramazanov 2006-2007 təvəllüdlü idmançıların mübarizəsində 200 metr məsafəyə kayakla mübarizədə birinci olub.
C.Vəlizadə isə 2008-2009 təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə kanoe yarışında üçüncü olub.
Qeyd edək ki, reqata oktyabrın 18-də başa çatacaq. Ötən gün Azərbaycan təmsilçiləri Mingəçevirdəki turnirdə 9 medala yiyələniblər.
Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də şəhərin Aşağı Köndələnçay su anbarında "Mingəçevir Reqatası-2024"ün rəsmi açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi olan Emin Hüseynov işğaldan azad olunmuş Füzulidə bu cür tədbirinin baş tutmasının tarixi hadisə olduğunu bildirib. O, işğal dövründə şəhərin yaxşı vəziyyətdə olmadığını söyləyib. Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsindən sonra Füzulidə Prezident İlham Əliyevin göstərişi ilə abadlıq işləri görülüb. O, yarışın təşkil edildiyi Aşağı Köndələnçay su anbarının ümummilli lider Heydər Əliyev tərəfindən inşa edildiyini vurğulayıb.
Gənclər və idman naziri Fərid Qayıbov yarışın əhəmiyyətindən danışıb və idmançılara uğurlar arzulayıb. Yarışda Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparır.
Turnirin birinci günündə Azərbaycan avarçəkənləri iki qızıl, üç gümüş və dörd bürünc medal qazanıblar.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə təşkil edilən turnirə oktyabrın 18-də Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində yekun vurulacaq.
Anar Həsənov
"Mingəçevir reqatası-2024" teqi üzrə xəbərlər
- "Mingəçevir reqatası-2024" başa çatdı: Azərbaycan komandasından əla nəticə
- Fərid Qayıbov: "Federasiyalarla birlikdə yerli və beynəlxalq yarışları keçirməyə davam edəcəyik"
- Namibiyadan olan qonaq: "Bizim Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- "Mingəçevir Reqatası-2024": Azərbaycanlı avarçəkənlər ilk günü doqquz medalla başa vurublar
- Vüsal Qurbanov: "Yarışın nüfuzu son illərdə daha çox artıb"
Rəylər