Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Vüsal Qurbanov: "Yarışın nüfuzu son illərdə daha çox artıb"
"İdmançılarımızdan yüksək əyarlı və daha çox medal gözləyirik".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat katibi Vüsal Qurbanov "Mingəçevir reqatası-2024"lə bağlı jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycan təmsilçilərinin təlim-məşq toplanışlarında iştirak etdiyini bildirib:
"Onlar fiziki və psixoloji cəhətdən turnirə tam hazırdırlar. Yarışın nüfuzu son illərdə daha çox artıb. Beynəlxalq yarışları adətən yeniyetmə və gənclər arasında keçiririk. Bu da onların inkişafları üçün önəmlidir. Reqatada güclü idmançılar çıxış edirlər. Türkiyə, Gürcüstan, Moldova və başqa ölkələr mükafatlara iddialıdırlar. Bu yarışda azərbaycanlı avarçəkənlərimizin uğurlu nəticə əldə edəcəklərinə inanırıq".
Rəylər