Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan güləşçisi Avropa çempionu olub
Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatında Azərbaycanın sərbəst güləşçisi qızıl medal qazanıb.
"Report" xəbər verir ki, İsa Yusibov (65 kq) finalda rusiyalı Yasin Bersanukayevlə gərgin görüş keçirib.
Gəncə güləş məktəbinin yetirməsi 3:1 hesablı qələbə ilə Avropa çempionu olub.
Bundan başqa Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) bürünc, Muxamad Qantemirov (110 kq) gümüş medala sahib çıxıb.
Beləliklə, sərbəst güləşçilər AÇ-nin son günü ərəfəsində bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb.
"Sərbəst güləş" teqi üzrə xəbərlər
- Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını medalsız başa vurublar
- Dünya çempionatı: Sərbəst güləşçilərimiz mübarizəyə başlayırlar
- Dünya çempionatının ilk günündə dörd güləşçimiz mübarizəyə start verəcək
- Azərbaycanın sərbəst güləşçiləri beynəlxalq turnirdə iki gümüş medal qazanıblar
- Xetaq Karsanov U-20 dünya çempionatında gümüş medal qazanıb
Ən çox oxunanlar
Rəylər