Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
AVRO finalları və Dünya Kubokları tarixində ən gənc futbolçunun adı AÇIQLANDI
İspaniya millisinin hücumçusu Lamin Yamal Avropa və dünya çempionatının finalları tarixində ən gənc futbolçu seçilib.
Oxu.Az UEFA-ya istinadən xəbər verir ki, ispaniyalı vinger Lamin Yamal iyulun 13-də ad gününü qeyd edib. Onun 17 yaşı tamam olub. Beləliklə, "Barselona"nın hücumçusu 17 yaş 249 günlük ikən 1958-ci il dünya çempionatında meydana daxil olan Braziliya millisinin əfsanəvi hücumçusu Pelenin rekordunu təzələyib.
Xatırladaq ki, Yamal "AVRO-2024"ün İngiltərə ilə final oyununda millisinin start heyətində yer alıb.
Qeyd edək ki, Lamin Yamal Avropa çempionatları tarixinin ən gənc çempionu olub. Turnir ərzində o, dörd məhsuldar ötürmə ilə çempionatın ən çox məhsuldar ötürməsini edən şəxs olub.
"AVRO-2024" teqi üzrə xəbərlər
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub
- Avropa çempionatına ev sahibliyi edən Almaniyanın gəliri bəlli olub
- Yann Zommer milli komandadakı karyerasını başa vurdu
Rəylər