Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yeri maqnit fırtınası bürüyəcək
25 oktyabr səhər Yer G1 (zəif) sinfinə yaxın olan növbəti maqnit fırtınası ilə örtüləcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun saytında məlumat verilib.
Fırtınanın pik nöqtəsinin Bakı vaxtı ilə saat 07:00-da olacağı gözlənilir.
Maqnit fırtınaları Günəşdə baş verən partlayışlar nəticəsində yaranır və həm meteoroloji həssas insanların sağlamlığına, həm də elektron cihazların işinə təsir göstərə bilər. G1 sinifli maqnit fırtınaları zamanı enerji sistemlərində zəif dalğalanmalar, peyk əməliyyatlarına cüzi təsir və yüksək enliklərdə qütb parıltıları mümkündür.
Proqnozlara görə, pik nöqtəsindən sonra fırtınanın intensivliyi tədricən azalmağa başlayacaq. Bakı vaxtı ilə saat 13:00-da onun səviyyəsi üçüncü, 19:00-da isə ikinci səviyyəyə düşəcək. Növbəti sutka ərzində maqnit vəziyyəti sabitləşəcək və ikinci səviyyədə qalacaq.
Alimlər maqnit fırtınaları dövründə xroniki xəstəlikləri olan və meteoroloji həssas insanlara sağlamlıqlarına diqqət yetirməyi, stressdən və həddindən artıq yorğunluqdan çəkinməyi tövsiyə edirlər. Mütəxəssislər, həmçinin uzaq səfərlərdən və uçuşlardan çəkinməyi, xüsusilə ürək-damar xəstəlikləri olan şəxslərə məsləhət görürlər.
Rəylər