Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
Günəşdə ən yüksək səviyyəli - X dərəcəli partlayış qeydə alınıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Bildirilib ki, partlayışın müddəti 32 dəqiqə davam edib.
Məlumata görə, bu, noyabr ayında ikinci yüksək səviyyəli partlayışdır.
Bundan əlavə, çərşənbə günü Günəşdə altı ədəd M sinifli partlayış baş verib. Onlardan ən güclüsü (M5.9) altı dəqiqə davam edib.
Qeyd edək ki, Günəş partlayışları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Bu şüaların yaratdığı radiasiya buludları Yerə çataraq maqnit qasırğalarına səbəb ola bilər.
Rəylər