Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yerə yenidən maqnit fırtınaları təsir göstərəcək
Günəşdəki qaranlıq ləkələrin səbəb olacağı günəş püskürməsi səbəbindən 30 oktyabr - 1 noyabr tarixlərində Yerə yeni maqnit fırtınaları təsir edəcək.
Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Məlumata görə, hazırda Günəşdəki əsas aktiv zonalar günəş diskinin mərkəzinə yaxın müşahidə olunur və artıq Yerə birbaşa təsir zonasına çıxıblar. Alimlərin məlumatına görə, yerləşmə təhlükəlidir. Buna baxmayaraq, əhəmiyyətli enerji çatışmazlığı qeydə alınır. Yəni maqnit fırtınalarının güclü olmayacağı ehtimalı yüksəkdir.
Günəşdə bir aydan çox mövcud olan qaranlıq ləkələr, böyük ehtimalla dağılma mərhələsindədir. Lakin ləkələr qrupunun qlobal konfiqurasiyası ən yüksək kateqoriyaya - Beta-Gamma-Delta-ya aiddir. Bununla belə, günəş püskürməsinin baş verməyəcəyi ehtimalı da var.
Rəylər