Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yəmən sahillərində gəmiyə zərbə endirilib: Yanğın başlayıb
Yəmənin Ədən limanı sahillərində gəmiyə zərbə endirilib.
Bu barədə Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi rəsmi "X" hesabında məlumat yayıb.
Hadisə limandan 129 kilometr cənub-qərbdə qeydə alınıb. Kapitan gəminin arxa hissəsinə mərmi düşdüyünü və gəmidə yanğın başladığını bildirib.
Ölən və yaralananlar barədə məlumat verilməyib.
Qeyd edək ki, Yəmənin şimalında Qırmızı dəniz sahillərinin əksər hissəsinə qiyamçı husilər nəzarət edirlər. Husilər Fələstinə dəstək məqsədilə İsraillə bağlı ticarət gəmilərini hədəf alacaqlarını bəyan ediblər.
UKMTO WARNING INCIDENT 081 ATTACK UPDATE 001https://t.co/6mNrG6WD8m#MaritimeSecurity #MarSec pic.twitter.com/qDbhpFd1og
— United Kingdom Maritime Trade Operations (UKMTO) (@UK_MTO) June 9, 2024
Mənbə: TASS
"Husi hərəkatı" teqi üzrə xəbərlər
- Livanda husilərə baş hərbi məsləhətçi olan "Hizbullah" komandiri öldürülüb
- İsrail ordusu Yəməndə husilərin obyektlərinə aviazərbə endirib
- Husilər Yəməndə BMT-nin İnsan Hüquqları İdarəsinin ofisini ələ keçiriblər
- Husilərə ağır zərbələr endirildi
- Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər