Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Storm Shadow" raketləri ilə Rusiyadakı hədəflərə zərbə endirilib? - Peskovdan açıqlama
"Yeni eskalasiya baş verir".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Bloomberg" agentliyinin Kursk vilayətindəki hədəfə "Storm Shadow" raketləri ilə zərbələr endirilməsi xəbərini şərh edərkən deyib.
O, Rusiyada hədəflərə qarşı ATACMS raketlərinin istifadəsi ilə bağlı təsdiqlənmiş məlumatlar fonunda Kremlin hadisələrin inkişafını necə qiymətləndirdiyi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
"Yeni eskalasiya baş verir. Bu, ABŞ Prezidenti Co Baydenin hakimiyyətdən gedən administrasiyasının tutduğu çox məsuliyyətsiz mövqedir", - deyə Peskov bildirib.
Rəylər