Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yaponiyada düyünün qiyməti yarım əsrin ən yüksək səviyyəsinə qalxıb
Avqustda Yaponiyada düyü qiymətləri keçən ilin eyni dövrü ilə müqayisədə 28.3% artaraq 1975-ci ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin İnzibati İşlər və Kommunikasiya Nazirliyi məlumat verib.
Qiymətlərin bu cür kəskin artmasının əsas səbəbi keçən il anormal istilər səbəbindən düyü məhsulunun azalması olub. Bundan əlavə, bir çox yaponlar təbii fəlakətlər halında ehtiyat üçün evdə düyü ehtiyatlarını artırmağa başlayıblar ki, bu da qiymət dinamikasına təsir göstərib.
Düyü əsrlərdir Yaponiya sakinlərinin gündəlik qidasının əsasını təşkil edir. Çörəyin artan populyarlığına baxmayaraq, düyü hələ də yapon mətbəxində mərkəzi yer tutur. Tarixi məlumatlara görə, Yaponiyada adambaşına düyü istehlakı 1960-cı illərdə ildə 118 kq-a çatıb, hazırda isə təxminən 54 kq təşkil edir.
Qeyd edək ki, Yaponiyada ümumi ərzaq qiymətləri avqustda 2.9% artıb. Ekspertlər bunu idxal olunan kənd təsərrüfatı məhsullarının bahalaşması və yay istilərinin yerli məhsulların məhsuldarlığına təsiri ilə əlaqələndirirlər.
Yaponiya hökuməti düyü bazarındakı vəziyyəti diqqətlə izləyir və bu strateji əhəmiyyətli məhsulun qiymətlərinin sabitləşdirilməsi və kifayət qədər ehtiyatının təmin edilməsi üçün tədbirlər görməyə hazırdır.
"Yaponiya" teqi üzrə xəbərlər
- Masaru Takayama: "İqlim dəyişikliyi ilə mübarizədə ekoturizmin fəaliyyətini gücləndirmək lazımdır"
- Yaponiya sahillərində güclü zəlzələ baş verib
- Yaponiyada ən ölümcül virusların öyrənilməsi üçün laboratoriya yaradılacaq
- Yaponiyada imperator ailəsinin ən yaşlı üzvü olan şahzadə vəfat etdi
- Yaponiyanın baş naziri yenidən seçilməsinə dair iclasda yatıb qaldı
Rəylər