Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yaponiyanın baş naziri yenidən seçilməsinə dair iclasda yatıb qaldı
Yaponiyanın baş naziri Siqeru İsiba parlamentin onun yenidən hökumət başçısı seçilməsi ilə bağlı səsvermə iclası zamanı yuxuya gedib.
Oxu.Az xəbər verir ki, bu barədə "Nikkei" yazır.
Məqalədə Yaponiya Nazirlər Kabinetinin baş katibinin sözlərinə istinad edilir.
O, S.İsibanın səhhətində ciddi problem olmadığına aydınlıq gətirib. Amma qeyd olunur ki, bir neçə gün əvvəl hökumət başçısı soyuqdəyməyə görə özünü pis hiss edib və təcili tibbi yardım çağırmalı olub.
Xatırladaq ki, oktyabrın 1-də Fumio Kisidanın başçılıq etdiyi Yaponiya Nazirlər Kabineti istefa verib. Bundan sonra ölkənin keçmiş müdafiə naziri Siqeru İsiba yeni hökumət başçısı seçilib.
"Yaponiya" teqi üzrə xəbərlər
- Masaru Takayama: "İqlim dəyişikliyi ilə mübarizədə ekoturizmin fəaliyyətini gücləndirmək lazımdır"
- Yaponiya sahillərində güclü zəlzələ baş verib
- Yaponiyada ən ölümcül virusların öyrənilməsi üçün laboratoriya yaradılacaq
- Yaponiyada imperator ailəsinin ən yaşlı üzvü olan şahzadə vəfat etdi
- Yaponiyanın yeni baş naziri seçildi: İkinci hökumət bu gün formalaşdırılacaq
Rəylər