Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yaponiyanın yeni baş naziri seçildi: İkinci hökumət bu gün formalaşdırılacaq
Yaponiyada baş nazir postuna keçirilən seçkisinin ikinci turunda hakim Liberal Demokratik Partiyasının (LDP) rəhbəri Sigeru İsiba qalib gəlib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, o, deputatların səslərinin yarısından çoxunu toplayıb.
İsiba 221 parlamentarinin dəstəyini qazanıb, müxalif Konstitusiya-Demokratik Partiyasının sədri Yosihiko Noda isə 160 deputatın səsini alıb. Ümumilikdə 381 deputat səsvermədə iştirak edib.
İsiba oktyabrın 1-də fəaliyyətə başlayan administrasiyasından sonra artıq ikinci hökumətini gün ərzində formalaşdıracaq.
Günün ikinci yarısında yeni hökumətin tərkibi imperator Naruhito tərəfindən təsdiqlənəcək.
Yaponiyada baş nazir seçkisindən əvvəl hökumət tam tərkibdə istefaya gedib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Kyodo" xəbər verib.
Bildirilib ki, baş nazir postuna seçki oktyabrın 27-də keçirilmiş əsas aşağı palata seçkisinin nəticələrinə əsasən, noyabrın 11-də parlamentin xüsusi sessiyasına planlaşdırılıb.
Xatırladaq ki, oktyabrın 1-də Yaponiya ölkənin yeni hökumət tərkibini elan edib. Yaponiyanın Müdafiə Nazirliyinə 2014-2016-cı illərdə bu nazirliyin rəhbəri olmuş Gen Nakatani başçılıq edəcək. Bundan əlavə, Yaponiyanın XİN-ə keçmiş müdafiə naziri Takesi İvaya rəhbərlik edəcək.
Onu da qeyd edək ki, Yaponiya parlamentinin aşağı palatası hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Sigeru İsibanı ölkənin yeni Baş naziri seçib.
"Yaponiya" teqi üzrə xəbərlər
- Masaru Takayama: "İqlim dəyişikliyi ilə mübarizədə ekoturizmin fəaliyyətini gücləndirmək lazımdır"
- Yaponiya sahillərində güclü zəlzələ baş verib
- Yaponiyada ən ölümcül virusların öyrənilməsi üçün laboratoriya yaradılacaq
- Yaponiyada imperator ailəsinin ən yaşlı üzvü olan şahzadə vəfat etdi
- Yaponiyanın baş naziri yenidən seçilməsinə dair iclasda yatıb qaldı
Rəylər