Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Stoltenberq: "NATO nüvə silahlarını döyüş hazırlığı vəziyyətinə gətirilməsini müzakirə edir"
"NATO-ya üzv ölkələr nüvə silahının döyüş hazırlığı vəziyyətinə gətirilməsi məsələsini müzakirə edirlər".
Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Britaniyanın "The Daily Telegraph" qəzetinə müsahibəsində deyib.
"Mən neçə nüvə başlığının işlək olması və onların necə saxlanmasının planlaşdırıldığı barədə əməliyyat təfərrüatına varmayacağam, lakin bu məsələləri hələ də müzakirə etməliyik", - deyə o bildirib.
Baş katib hesab edir ki, bu müzakirə NATO-nun hələ də "nüvə alyansı" olduğunu dünyaya xatırladacaq.
"NATO-nun məqsədi nüvə silahı olmayan bir dünyaya sahib olmaqdır, lakin nüvə silahı olduğu müddətdə biz nüvə ittifaqı olaraq qalacağıq, çünki Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu və NATO-nun olmadığı dünya təhlükəli dünyadır", - deyə Stoltenberq vurğulayıb.
Stoltenberq, həmçinin, qeyd edib ki, ABŞ və onun avropalı müttəfiqləri hazırda nüvə arsenallarını yeniləyirlər.
"ABŞ Avropadakı nüvə başlıqlarını əvəz etmək üçün qravitasiya bombalarını təkmilləşdirir, avropalı müttəfiqlər isə NATO-nun nüvə missiyasında istifadə olunacaq təyyarələri təkmilləşdirirlər", - katib bildirib.
Mənbə: İz.ru
"Yens Stoltenberq" teqi üzrə xəbərlər
- Stoltenberq NATO-nun Əfqanıstan xalqını aldatdığını etiraf edib
- Azərbaycan NATO-nun keçmiş baş katibinə təşəkkür edib
- Baş nazirlikdən baş katibliyə: Rütte Stoltenberqin 10 illik müddətindən sonra NATO-ya rəhbər oldu
- Erdoğan Karakuş: "Ermənistanın əlindən tutub müharibəyə hazırlayırlar"
- NATO-nun baş katibi Ukraynada sülhün əsas şərtini açıqladı
Rəylər