Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan NATO-nun keçmiş baş katibinə təşəkkür edib
Bakı NATO-nun keçmiş baş katibi Yens Stoltenberqə Alyans ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəyə görə minnətdardır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu gün NATO Yens Stoltenberqlə vidalaşır. Azərbaycan-NATO tərəfdaşlığına verdiyiniz töhfəyə və bu vəzifədə olduğunuz müddətdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyiniz dəyişməz dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk. Sizin 2024-cü ilin martında Bakıya səfərinizi və Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan-NATO tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş görüşünüzü səmimiyyətlə xatırlayırıq. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq" , - deyə paylaşımda qeyd olunub.
Today, #NATO bids farewell to Secretary General @jensstoltenberg. We extend our sincere gratitude for your contribution to the Azerbaijan-NATO partnership and your unwavering support for Azerbaijan's #sovereignty and #territorialintegrity throughout your distinguished tenure.
— Jafar Huseynzada 🇦🇿 (@JafarHuseynzade) October 1, 2024
We… pic.twitter.com/NcdTuUVJ3p
"Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO)" teqi üzrə xəbərlər
- KİV: "Putin Ukrayna ilə bağlı Trampla danışmağa hazır olduğunu deyib"
- Aİ və NATO avtoritar dövlətlərdən gələn təhdidlərə qarşı işçi qrupu yaradacaq
- NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"
- Serbiyalı nazir: "Ölkəmiz heç vaxt NATO üzvü olmayacaq"
- Üç ölkə arasında hərbi mobillik dəhlizi yaradılacaq