Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Slovakiyanın baş nazirinin müavini Olimpiadanın bağlanış mərasiminə getməkdən imtina edib
Slovakiyanın baş nazirinin müavini Tomaş Taraba açılış mərasimindən narazı olduğu üçün Olimpiya Oyunlarının bağlanış mərasiminə getməkdən imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb.
Qeyd edək ki, bağlanış mərasimində Slovakiyanı Taraba təmsil etməli idi. Onun sözlərinə görə, bu Olimpiada həmişə normal dünya üçün pozğun tənəzzülün iyrənc simvolu olacaq. O, təşkilatçıları idmanın gözəlliyindən sui-istifadə etməkdə və bundan mütərəqqi siyasi teatr yaratmaqda ittiham edib.
Xatırladaq ki, Oyunların açılış mərasimi iyulun 26-da baş tutub.
"Slovakiya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər