Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Slovakiyada mayda güllələnən baş nazirə içərisində güllə olan zərf göndərildi
Slovakiya Nazirlər Kabinetinin dəftərxanasının işçiləri içərisində güllə olan bir zərf alıblar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Teraz" portalı yazıb.
Jurnalistlərin məlumatına görə, bağlama respublikanın Baş naziri Robert Fitsoya ünvanlanıb.
Ölkənin Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib ki, dəftərxana işçiləri gülləni səhər poçtun yoxlanılması zamanı tapıblar. Hökumət və hüquq-mühafizə orqanları nümayəndələri hələ zərfi göndərənin kimliyini müəyyən edə bilməyiblər.
Xatırladaq ki, mayda Robert Fitsoya sui-qəsd cəhdi olub. Handlova şəhərində keçirilən səyyar hökumət iclasından sonra siyasətçi güllələnib. Polis dərhal cinayətkarı saxlayıb, baş nazir isə xəstəxanaya aparılıb. May ayının sonunda Fitso tibb müəssisəsindən çıxarılıb, lakin işə yalnız iyulda qayıdıb.
Rəylər