Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ŞƏT ölkələrinin mədəniyyət nazirlərinin növbəti görüşü Azərbaycanda keçiriləcək
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin mədəniyyət nazirləri növbəti dəfə payızda Azərbaycanda COP29 İqlim Konfransı çərçivəsində görüşəcəklər.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan mədəniyyət naziri Adil Kərimli Vitebskdə keçirilən "Slavyan bazarı" XXXIII Beynəlxalq İncəsənət Festivalı çərçivəsində təşkilatın mədəniyyət nazirlərinin görüşü zamanı bildirib.
"Bu ilin noyabrında Azərbaycan mədəniyyət gündəliyini də özündə ehtiva edən COP29 Ümumdünya Konfransına ev sahibliyi edəcək. Biz planetimizin davamlı inkişafına töhfə verəcək razılaşmaya nail olmaq məqsədilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında dialoqu gücləndirmək üçün bu platformadan istifadə etmək niyyətindəyik", - deyə nazir bildirib.
O qeyd edib ki, COP29 İqlim Konfransı çərçivəsində mədəniyyət nazirlərinin görüşünün keçirilməsi də planlaşdırılır.
"Bu görüş iqlim dəyişikliyinin mədəni irsə mənfi təsirini, həmçinin Azərbaycandan yeni gündəlik kimi mədəniyyətin iqlim dəyişikliyinə müsbət təsirini müzakirə etmək üçün mühüm platforma olacaq", - deyə A.Kərimli bildirib.
Nazirin sözlərinə görə, Bakı ŞƏT ailəsinə daxil olan ölkələrlə mədəniyyət, təhsil və elm də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməyə çalışır və Vitebskdəki bugünkü görüş ŞƏT ölkələri arasında daha məhsuldar əməkdaşlığın başlanğıcı olacaq.
ŞƏT-ə üzv dövlətlərin mədəniyyət nazirlərinin görüşü festival çərçivəsində Vitebskdə ilk dəfə keçirilir. İclasda Belarus, Rusiya, Azərbaycan, Özbəkistan, Tacikistan, Pakistan, Qırğızıstan, Çin, Qazaxıstan, İran və Hindistanın nümayəndələri, həmçinin ŞƏT-in baş katibi Çjan Min iştirak edirlər.
"Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT)" teqi üzrə xəbərlər
- MDB və ŞƏT-ə üzv ölkələr Daşkənddə terrorizm və ekstremizmə qarşı mübarizəni müzakirə edəcəklər
- Ərdoğan: "Biz Aİ və ŞƏT arasında seçim etməyə məcbur deyilik"
- MDB və ŞƏT-in müşahidə missiyalarının rəhbərləri Bakıda işçi görüşü keçiriblər
- Azərbaycan Mərkəzi Asiya ölkələrinin regional inteqrasiya proseslərində xüsusi rol oynayır
- Rusiya və Çinin planları: NATO-ya alternativ gəlir
Rəylər