Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
MDB və ŞƏT-ə üzv ölkələr Daşkənddə terrorizm və ekstremizmə qarşı mübarizəni müzakirə edəcəklər
4-5 sentyabr 2024-cü il tarixində Özbəkistanın paytaxtı Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının(ŞƏT) Regional Antiterror Strukturunun Onuncu Beynəlxalq Elmi-Praktiki Konfransı və Müstəqil Dövlətlər Birliyinin (MDB) Antiterror Mərkəzləri nəzdində Elmi Məsləhət Şurasının II Konfransı keçiriləcək.
Oxu.Az bu barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin saytına istinadən xəbər verir.
Konfranssa ŞƏT və MDB-yə daxil olan dövlətlərin səlahiyyətli orqanlarının, MDB orqanlarının işçi strukturlarının, beynəlxalq təşkilatların, o cümlədən təhsil və elmi-analitik təşkilatların nümayəndə heyətlərinin iştirakı planlaşdırılır.
Həmçinin konfransda BMT, MDB, İnterpol və sair nüfuzlu təşkilat və qurumların iştirakı gözlənilir.
Konfransın əsas məqsədi terrorizm və ekstremizmə qarşı mübarizədə qabaqcıl təcrübələrin mübadiləsi, bu sahədə beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsi üçün tədbirlərin işlənib hazırlanması, yeni çağırışlar və təhlükəsizlik təhdidləri ilə bağlı iştirakçıların ümumi anlaşma və yanaşmalarının formalaşdırılmasıdır.
Bundan əlavə, Özbəkistan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti MDB Antiterror Mərkəzinin koordinasiyasının və MDB ölkələrinin səlahiyyətli orqanlarının birgə iştirakı ilə "Şərq-Antiterror - 2024" antiterror təlimlərini keçirəcək.
Təlimin məqsədi mühüm infrastruktur obyektlərində və insanların sıx olduğu yerlərdə terror aktlarının müəyyən edilməsi və qarşısının alınması üzrə birgə antiterror tədbirlərinin həyata keçirilməsi zamanı MDB-yə üzv dövlətlərin səlahiyyətli orqanlarının fəaliyyətinin təkmilləşdirilməsidir.
"Müstəqil Dövlətlər Birliyi (MDB)" teqi üzrə xəbərlər
- Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
- Ramin Cəfərov: "Şuşadakı Qlobal Media Forumu təcrübə mübadiləsi üçün uğurlu alternativ platformadır"
- Putin: "Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşması üçün hər şey edir"
- "Bestcomp Group" CISCO tərəfindən "İlin informasiya təhlükəsizliyi üzrə tərəfdaşı" seçilib
- Moldovanın dəyişməyən "qibləsi" - Kişineu yenə Brüsseli seçib
Rəylər