Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyaya işləməyə gedən azərbaycanlı güllələnərək qətlə yetirilib
Rusiyanın Leninqrad vilayətinin Novosaratovka kəndində iki şəxs arasında baş verən mübahisə qətllə nəticələnib.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, silahdan açılan atəş nəticəsində həyatını itirən şəxs azərbaycanlıdır.
Qeyd olunur ki, Azərbaycan Respublikasının 43 yaşlı vətəndaşı Rusiyada miqrasiya qeydiyyatında olub.
Həkimlər həyatını itirən şəxsə sol bud nahiyəsində güllə yarası, kəskin qan itkisi və 3-cü dərəcəli şok diaqnozu qoyublar.
Hələlik öldürülən şəxsin adı açıqlanmır. Hadisə ilə bağlı cinayət işi başladılıb.
"Azərbaycan vətəndaşı" teqi üzrə xəbərlər
- Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı"
- Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi Don çayında saya oturub
- Zorla müharibəyə göndərildikləri iddia olunan azərbaycanlılarla bağlı Rusiya XİN-ə nota verildi
- Azərbaycan vətəndaşı Polşada bədbəxt hadisə nəticəsində ölüb
Ən çox oxunanlar
Rəylər