Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan vətəndaşı Polşada bədbəxt hadisə nəticəsində ölüb
31 yaşlı Azərbaycan vətəndaşı Polşanın paytaxtı Varşavada yerləşən Frederik Şopen Beynəlxalq Hava Limanında ehtiyatsızlıq nəticəsində yıxılaraq həyatını itirib.
Oxu.Az bu barədə Polşanın Tvn24.pl portalına istinadən xəbər verir.
Məlumatı Varşava Şəhər Prokurorluğunun sözçüsü Pyotr Skiba da təsdiqləyib.
O, həyatını itirən şəxsin hava limanına hadisədən bir neçə dəqiqə əvvəl qeydiyyatdan keçmək və digər ölkəyə səyahət etmək üçün gəldiyini bildirib. Lakin prokurorluq əməkdaşı ölən vətəndaşımızın ad və soyadını deməyib.
Ölüm hadisəsindən dərhal sonra hadisə yerinə müstəntiqlər dəvət olunublar. Cəsəd yarılmaq üçün aidiyyəti üzrə təhvil verilib.
"Azərbaycan vətəndaşı" teqi üzrə xəbərlər
- Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı"
- Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi Don çayında saya oturub
- Zorla müharibəyə göndərildikləri iddia olunan azərbaycanlılarla bağlı Rusiya XİN-ə nota verildi
- Rusiyaya işləməyə gedən azərbaycanlı güllələnərək qətlə yetirilib
Rəylər