Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi Don çayında saya oturub
Rostovdan Türkiyə limanına gedən yük gəmisi Rostov vilayətinin Azov rayonunda Don çayında saya oturub.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks"a Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin Mətbuat Xidməti məlumat verib.
"Moskva vaxtı ilə saat 13:50-də (Bakı vaxtı ilə 14:50-də - red.) Vanuatu bayrağı altında üzən "Florica" gəmisinin saya oturması barədə məlumat daxil olub. Gəmidə 14 Azərbaycan vətəndaşı var", - agentliyin həmsöhbəti bildirib.
O qeyd edib ki, gəmi Rostovdan Samsun (Türkiyə) limanına gedirmiş. Heç kim xəsarət almayıb, gəmi yolu pozulmayıb. Onu saydan çıxarmaq üçün iki yedək gəmisi göndərilib.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Rusiyanın hava hücumundan müdafiə sistemləri iki "Storm Shadow" raketini vurub
- Rusiya Azərbaycan və Ermənistan parlament sədrləri üçün platforma təqdim etməyə hazırdır
- Rusiya millisinin sabiq futbolçusu silahlı hücuma məruz qalıb
- Filipp Kirkorov axtarışa verildi
Rəylər