Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiya nüvə partlayışı hazırlıqlarına başladı
Rusiyada ilk dəfə olaraq "KUB-M" modul tipli mobil sığınacaqların seriyalı istehsalına başlanılıb.
Bu barədə Oxu.Az News.ru-ya istinadən xəbər verir.
Məlumata görə, bu sığınacaqlar əhalini müxtəlif təhlükələrdən, o cümlədən nüvə partlayışının işıq şüalanmasından və ərazinin radioaktiv çirklənməsindən qoruyacaq.
"KUB-M" innovativ modul qoruyucu strukturun istehsal prosesi Nijni Novqorod vilayətində yerləşən Dzerjinsk şəhərində həyata keçirilir.
Sığınacaq iki moduldan ibarətdir: 54 nəfərlik otaq və texniki blok. Sığınacağın tutumu əlavə modullardan istifadə etməklə artırıla bilər. Tərtibatçılar iddia edirlər ki, strukturun əsas üstünlüyü onun mobillik (hərəkətlilik) qabiliyyətidir. Belə ki, onu asanlıqla başqa yerə daşımaq və mövcud mühəndis sistemlərinə qoşmaq mümkündür.
"Modul sığınacağın kütləvi istehsalına başlanması vətəndaşların təhlükəsizliyinin artırılması istiqamətində mühüm addımdır. Gələcəkdə bu cür addımlar əhalinin müdafiəsi üçün yeni effektiv sistemlərin yaradılmasına gətirib çıxaracaq", - deyə bununla bağlı məlumatda bildirilir.
"Rusiya" teqi üzrə xəbərlər
- İran Rusiyaya nota verdi: Kazan şəhərində həbs edilən tələbələr azadlığa buraxıldılar
- Putin "Oreşnik" sisteminin seriyalı istehsalını elan edib
- Rusiyada maraqlı hadisə: Fırıldaqçılardan bəhs edən serialın aktyorunu elə fırıldaqçılar aldatdı
- "Baku TV RU"nun baş redaktoru Natella Osmanlı Moskvada "Feyklər barədə dialoq 2.0" forumunda
- "Storm Shadow" raketləri ilə Rusiyadakı hədəflərə zərbə endirilib? - Peskovdan açıqlama
Rəylər