Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiya Kaxovka SES-dəki təxribatda əli olmadığını dedi: “Ukraynanın işidir” - VİDEO
“Kaxovka Su Elektrik Stansiyasında təxribatı Ukrayna törədib, Rusiya Prezidenti Vladimir Putin vəziyyətlə bağlı məlumatlandırılır”.
Bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Prezident Müdafiə Nazirliyindən və digər xidmətlərdən Kaxovka SES ətrafında baş verənlərlə bağlı hesabatlar alır. Artıq birmənalı olaraq deyə bilərik ki, burada söhbət Ukrayna tərəfinin qəsdən törətdiyi təxribatdan gedir”, - deyə Peskov qeyd edib.
Peskovun sözlərinə görə, bu təxribat potensial olaraq regionun on minlərlə sakini üçün çox ağır nəticələrə, ekoloji fəsadlara və hələ müəyyən edilməmiş digər xarakterli nəticələrə gətirib çıxara bilər”.
Moskva Kaxovka SES-ə raket hücumunda əli olması ilə bağlı ittihamları qəti şəkildə rədd edir. “Təxribat Kiyev hakimiyyətinin göstərişi ilə edilib, onlar da baş verənlərə görə məsuliyyət daşımalıdırlar”, - deyə Peskov bildirib.
Mənbə: TASS
Rəylər