Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Paslanmayan poladdan hazırlanan "Cybertruck" təhlükəsizdirmi? Ölümcül qəzanın təfərrüatı
ABŞ-nin Texas ştatının Çembers dairəsində "Tesla Cybertruck" elektrik pikapının iştirakı ilə ilk ölümcül qəza baş verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Electrek" nəşri məlumat verib.
Hələlik müəyyən edilməmiş səbəbdən avtomobil idarəetməni itirib, yoldan çıxıb və su borusuna çırpılıb. Toqquşma nəticəsində pikapda yanğın başlayıb. Nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində vəfat edib. Maşında sərnişinlərin olub-olmaması barədə məlumat verilməyib.
Qeyd etmək lazımdır ki, paslanmayan poladdan hazırlanan "Tesla Cybertruck" hələ müstəqil şirkətlərin çırpılma ("crash") testlərindən keçməyib.
Hazırda pikap yalnız "Tesla"nın özü tərəfindən sınaqdan keçirilib. Bu, innovativ elektromobilin təhlükəsizliyi ilə bağlı suallar doğurur.
Polis baş verənlərlə bağlı araşdırmaya başlayıb. Qəzanın səbəbləri istintaq zamanı müəyyən ediləcək.
"Tesla" teqi üzrə xəbərlər
- İlon Maskın "Tesla" elektrokarları ABŞ-də ən təhlükəli avtomobil kimi tanındı
- "Tesla"nın səhmləri kəskin bahalaşdı - SƏBƏB
- "Tesla" şirkəti "Cybertruck" pikaplarını geri çağırır
- Bu xəbərləri qaçırmayın: 11.11.2024-ün ən mühüm hadisələri
- Maskın Trampın qələbəsi üçün çəkdiyi xərclər 384 dəfə artdı, "Tesla" rekord qırdı
Rəylər