Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Pakistan ŞƏT Hökumət Başçıları Şurasının iclasını keçirəcək
Pakistan bu ilin oktyabrında İslamabadda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasının iclasına ev sahibliyi edəcək.
Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif təşkilatın Astanada keçirilən sammitində çıxışından sonra "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Pakistan təşkilat üzvlərini bu ilin oktyabrında İslamabadda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı Hökumət Başçıları Şurasının iclasında salamlamağı səbirsizliklə gözləyir", - deyə o bildirib.
Qeyd edək ki, çıxışı zamanı baş nazir Pakistanın ŞƏT-in nizamnaməsinə və prinsiplərinə möhkəm sadiqliyini bir daha təsdiqləyib. Təşkilatın genişlənməsinə və islahatına dəstək verdiyini bildirib. O, sosial-iqtisadi inkişaf, əlaqələrin genişləndirilməsi, sülh və təhlükəsizliyin qorunması, terrorizmlə mübarizə, iqlim dəyişikliyi ilə mübarizə, yoxsulluğun azaldılması və hər şeydən əvvəl suverenlik, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsi üçün kollektiv fəaliyyətə çağırıb.
"Uzun müddətdir davam edən mübahisələrin BMT Təhlükəsizlik Şurasının qətnamələri vasitəsilə həllinə çağırıram. Biz Qəzzada, Əfqanıstanda sülh və sabitliyə çağırırıq", - deyə baş nazir qeyd edib.
Delivered Pakistan’s national statement at SCO Council of Heads of States meeting in Astana today. Reaffirmed Pakistan’s strong commitment to the SCO Charter & principles, conveyed our support for SCO’s expansion & reform, called for collective action for socioeconomic… pic.twitter.com/40JhputUPL
— Shehbaz Sharif (@CMShehbaz) July 4, 2024
Mənbə: TASS
"Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT)" teqi üzrə xəbərlər
- MDB və ŞƏT-ə üzv ölkələr Daşkənddə terrorizm və ekstremizmə qarşı mübarizəni müzakirə edəcəklər
- Ərdoğan: "Biz Aİ və ŞƏT arasında seçim etməyə məcbur deyilik"
- MDB və ŞƏT-in müşahidə missiyalarının rəhbərləri Bakıda işçi görüşü keçiriblər
- Azərbaycan Mərkəzi Asiya ölkələrinin regional inteqrasiya proseslərində xüsusi rol oynayır
- Rusiya və Çinin planları: NATO-ya alternativ gəlir
Rəylər