Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nevada gənclərinin əllə yazmağı unutması problem yaratdı: Minlərlə seçki bülleteni sual altındadır
Rəqəmsal texnologiyaların inkişafı, görünür, demokratiyanın özülünü təhdid etməyə başlayıb. Belə ki, Klark dairəsində 11 mindən çox seçki bülleteni seçicilərdən əlavə təsdiq tələb edir. Səbəb - bülletenlərdəki imzaların dövlət qeydlərindəki imzalarla uyğun gəlməməsidir.
Oxu.Az-ın məlumatına görə, bu barədə CNN-ə Nevada ştatının dövlət katibi Fransisko Aqilar məlumat verib.
"Görürük ki, bir çox gənc insanların imza ilə problemi var, çünki onlar rəqəmsal dünyada yaşayırlar və həyatlarında heç vaxt real imzadan istifadə etməyiblər", - deyə Aqilar izah edib.
Bildirilir ki, total rəqəmsallaşma və elektron sənəd dövriyyəsi dövründə gənclər, demək olar ki, əllə yazmağı unudublar. Əksər gənclər çox nadir hallarda imza atır və elektron identifikasiya üsullarına üstünlük verirlər.
İmzaların uyğunsuzluğu səbəbindən məmurlar indi hər bir "problemli" seçiciyə müraciət etməli olacaqlar ki, onlar bülletenlərdəki imzaları düzəltsinlər. Bu seçki nəticələrinin emalını əhəmiyyətli dərəcədə ləngidəcək.
Rəylər