Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Moldovada prezident seçkisində Sandu öndədir
Moldovanın hazırkı prezidenti Maya Sandu protokolların yarısına baxıldıqdan sonra 35% səslə prezident seçkisində liderdir.
Oxu.Az RBC-yə istinadən xəbər verir ki, ilkin nəticələri ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) açıqlayıb. Onu 29% səslə keçmiş baş prokuror Aleksandr Stoyanov izləyir.
Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda, noyabrın 3-də birinci turun iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq.
Bundan əlavə, MSK-nın məlumatına görə, referendumda Moldova vətəndaşlarının 55%-i ölkənin Aİ-yə qoşulmasının əleyhinə səs verib, 44%-i isə təşəbbüsü dəstəkləyib.
Moldovada keçirilən prezident seçkisi və Aİ-yə üzvlüklə bağlı referendumda seçici fəallığı tələb olunan 33,3%-i keçib.
Oxu.Az xəbər verir ki, bunu yerli Mərkəzi Seçki Komissiyasının internet saytındakı real vaxt rejimində yenilənən ilkin məlumatlar təsdiq edir.
Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda, birinci turun iki liderinin iştirak edəcəyi ikinci tur noyabrın 3-də baş tutacaq.
Bazar günü Moldovada prezident seçkisi və respublikanın Avropaya inteqrasiyası məsələsi üzrə konstitusiya referendumu keçirilir.
Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, Moldova ərazisində 1 957 seçki məntəqəsi fəaliyyət göstərir. Xaricdə Moldova vətəndaşları üçün 37 ölkədə 231 seçki məntəqəsi açılıb.
Sentyabrın 1-nə olan məlumata görə, seçicilərin dövlət reyestrində 3 milyon 300 min 805 nəfər var.
Seçkini ATƏT-in Missiyası və bir sıra digər beynəlxalq təşkilatlar izləyir. Yerli MSK seçkiləri izləmək üçün 1 500-ə yaxın moldovalı və beynəlxalq müşahidəçini akkreditasiya edib.
Bu il prezident postu uğrunda 11 namizəd mübarizə aparır. İctimai rəy sorğularının nəticələri hazırkı Prezident Maya Sandunu seçki yarışının favoriti kimi göstərir. Onun əsas rəqibi keçmiş baş prokuror Aleksandr Stoyanoqlodur.
Rəylər