Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Moldova hökumətində dəyişikliklər olub
Moldovada daxili işlər naziri Adrian Efros hökumətdəki dəyişikliklər fonunda istefa verdiyini açıqlayıb.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Moldovanın Baş naziri Dorin Reçan "hökumətin səmərəliliyini artırmaq üçün" üç nazirliyə yeni rəhbərlərin təyin edilməsi ilə bağlı məlumat verib.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinə Lyudmila Katlabuqa rəhbərlik edəcək. Bu qurumun əvvəlki rəhbəri Vladimir Bolya infrastruktur və regional inkişaf naziri vəzifəsinə keçirilir. Daniela Misail-Nikitina isə Daxili İşlər Nazirliyinə rəhbərlik edəcək.
"Dəyişikliklər parlament və prezident administrasiyası ilə razılaşdırılıb", - deyə baş nazir qeyd edib.
Rəylər