Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Macarıstan Aİ-nin Ukraynaya 6,5 milyard avroluq hərbi yardımını bloklayır
Macarıstan Avropa Sülh Fondundan Ukraynaya 6.5 milyard avro ayrılmasına qarşı çıxıb.
Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, bunu Brüsseldə Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
Siyarto qeyd edib ki, digər Aİ nazirləri ona son dərəcə güclü təzyiqlər ediblər, lakin Macarıstan öz mövqeyində möhkəm dayanacaq.
O, həmçinin xatırladıb ki, Macarıstan Avropa Sülh Fondunun vəsaitlərinin Ukraynaya yardım üçün istifadəsinə etirazını davam etdirir, çünki ölkənin hakimiyyət orqanları macar şirkətlərini beynəlxalq müharibənin sponsorları siyahısına daxil etmək təhlükəsini aradan qaldırmayıb.
"Macarıstan" teqi üzrə xəbərlər
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Ərdoğan və Paşinyan arasında görüş olub
- Macarıstan Ukraynaya 50 milyard avroluq kreditin verilməsini əngəlləyib
- Macarıstan Aİ-dən çıxmaq istəyir?
- Viktor Orban: "Avropa Şurasının sədri kimi Azərbaycanla strateji əməkdaşlığı dəstəkləyirik"
Rəylər