Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Viktor Orban: "Avropa Şurasının sədri kimi Azərbaycanla strateji əməkdaşlığı dəstəkləyirik"
Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlər çox yüksək səviyyədədir və həmişəkindən daha yaxşıdır.
Bunu "Report"a Macarıstanın Baş naziri Viktor Orban İtaliyada keçirilən Beynəlxalq Çernobbio Forumunun kuluarında deyib.
"Düşünürəm ki, onlar hər zamankından daha yaxşıdırlar. Biz yəqin ki, enerji resurslarınızın ikinci ən böyük alıcısıyıq. İndicə ölkənizdən Avropa ölkələrinə, o cümlədən Macarıstana yaşıl enerji idxalına dair saziş imzalamışıq. Ona görə də hesab edirəm ki, Azərbaycan gələcəkdə əhəmiyyətli ölkədir", - deyə o bildirib.
Avropa İttifaqı ilə münasibətlərə gəlincə, Viktor Orban qeyd edib ki, Avropa Şurasının sədri kimi Macarıstan Azərbaycanla daha da güclü, strateji əməkdaşlığın qurulmasını dəstəkləyir:
"Azərbaycan artıq Avropa ilə sıx əməkdaşlıq edir, enerji təchizatı sayəsində strateji cəhətdən əsas ölkəyə çevrilib. Ona görə də biz Avropa Şurasının sədri kimi Azərbaycanla əməkdaşlığın gücləndirilməsini dəstəkləyirik".
"Viktor Orban" teqi üzrə xəbərlər
- Orban: "Macarıstan istixana emissiyalarını 50 faiz azaltmağı hədəfləyir"
- COP29 Liderlər Sammiti açılış mərasimindən sonra işini birinci plenar iclasla davam etdirib
- Macarıstanın baş naziri Azərbaycanda səfərdədir
- Oyundankənar Makron
- Prezident İlham Əliyev Bişkekdə Macarıstanın baş nazirinin təltifolunma mərasimində iştirak edib