Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İran Yaxın Şərqdə atəşkəs üçün şərtini AÇIQLADI
"İran Yaxın Şərqdə atəşkəs üçün istənilən sülh təşəbbüsünü Livan və Qəzza zolağında eyni vaxtda atəşkəs olacağı təqdirdə dəstəkləyəcək".
Oxu.Az ISNA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.
"Livanda atəşkəsdən söz düşmüşkən, mən artıq bu məsələni livanlı həmkarlarımla müzakirə etmişəm və biz digər ölkələrlə əlaqələrimizi davam etdiririk. İran sülhə nail olmaq üçün hər cür səyi yalnız o zaman dəstəkləyəcək ki, birincisi, Livan xalqının hüquqlarına tam riayət olunsun. İkincisi, eyni vaxtda Qəzzada atəşkəsə nail olmaq lazımdır" , - diplomat qeyd edib.
Əraqçi əlavə edib ki, Tehran Beyrutu dəstəkləyir və bunu davam etdirəcək. O, həmçinin Livan xalqının İsraili məğlub edəcəyinə əminliyini ifadə edib.
Rəylər