Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Günəşdə təqribən bir saat çəkən güclü partlayış oldu
Günəşdə "M" sinifli güclü partlayış baş verib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan xəbər verilib.
Bildirilir ki, partlayış bir saata yaxın davam edib.
"23 sentyabr Moskva vaxtı ilə saat 00:39-da (Bakı vaxtı ilə 01:39) 3 835 (S20E63) ləkə qrupunda rentgen diapazonunda 53 dəqiqə davam edən M3.7/2N partlayışı qeydə alınıb".
Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: "A", "B", "C", "M" və "X". Minimal A0.0 sinfi Yerin orbitində kvadratmetrə 10 nanovatt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçdikdə güc 10 dəfə artır. Partlayışlar, bir qayda olaraq, günəş plazmasının atılması ilə müşayiət olunur ki, onun buludları Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.
Rəylər