Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ermənistanda həbslərin növbəti dalğası: Daha səkkiz nəfər saxlanıldı
İyunun 12-də Ermənistan parlamentinin binası yaxınlığında etirazçılarla polis arasında baş verən toqquşmadan sonra daha beş nəfər həbs olunub.
Bunu erməni hüquqşünas Ruben Melikyan bildirib.
Onun sözlərinə görə, artıq saxlanılanların ümumi sayı 28 nəfərə çatıb.
"Videomateriallar əsasında həbslərin ikinci dalğası başlayıb. Artıq səkkiz nəfər saxlanılıb, onlardan beşi barəsində məhkəmə tez bir zamanda həbs qətimkan tədbiri seçib", - Melikyan bildirib.
Vəkil əlavə edib ki, daha üç nəfərin həbsi ilə bağlı qərar gəzlənilir.
Qeyd edək ki, iyunun 12-də İrəvanda ölkənin baş nazirinin çıxış etdiyi Ermənistan parlamenti yaxınlığında polislə etirazçılar arasında toqquşmalar baş verib. Etirazçılar parlament binasının yaxınlığındakı kordonu yarmağa, təhlükəsizlik qüvvələri isə onları geri itələməyə çalışıb. Hadisə ilə bağlı ötən günlər ərzində iyirmi nəfər saxlanılıb.
Mənbə: Gazeta.ru
"Ermənistanda etirazlar" teqi üzrə xəbərlər
- Nikol Paşinyan üçün çətin dilemma: "Hərbi çevriliş riski artır"
- Ermənistanda hakimiyyət əleyhinə aksiya: Konstitusiya Məhkəməsinin binasına doğru yürüş keçirilir
- Ermənistan müxalifəti yenidən mitinq keçirəcək
- Ermənistan cəmiyyətində revanşizm ideyası yoxa çıxmayıb - Rəy sorğusunun kədərli nəticəsi
- Mixail Neyjmakov: "Aİ-yə daxil olmaq və konstitusiyaya dəyişikliklər bir "paket"ə salına bilər"